Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparılır.
Missiya.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilən faktla bağlı hazırda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi tərəfindən mövcud cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Xatırladaq ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.
Belə ki, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilən 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.
Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir.