AZ   |   RU
IMF: Qlobal qeyri-maliyyə sektorunun borcunun həcmi ÜDM-I 3 dəfə üstələyib

Qlobal maliyyə böhranından bu yana maliyyə şərtlərini yüngülləşdirən aparıcı mərkəzi bankların pul siyasəti nəticəsində 2019-cu ilin sonuna qədər qeyri-maliyyə sektorunun borcu ÜDM-in 138 %-dən 152 %-dək artıb.

Missiya.Az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı hesabatda qeyd edilir.

IMF-in hesablamalarına görə, qeyri-maliyyə korporativ sektorunda da borclar artıb:

“2019-cu ilin sonuna olan məlumata görə, maliyyə sektoruna aid olmayan korporativ sektorunda borclar tarixi zirvəyə çataraq ÜDM-in 91 %-nə çatıb.

Qeyd edilən tarixdə ev təsərrüfatlarının borcu ÜDM-in 60 %-nə yüksəlib. Amma 2020-ci ilin birinci rübündə ölkələrin biznesə verdiyi dəstək maliyyələşmə şərtlərini yumşaldıb.

2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin üçüncü rübündə qlobal qeyri-maliyyə kooperativləri və ev təsərrüfatlarının borcları müvafiq olaraq 11 faiz bəndi və 5 faiz bəndi yüksəlib”.


  • 29-03-2021, 18:35