AZ   |   RU
Paşinyan qondarma erməni soyqırımı iddiasından imtina edir? – Erməni mətbuatı Türkiyə ilə gizli danışıqlardan yazdı

Ermənistan hakimiyyətinin Türkiyə ilə gizli danışıqlar apardığı barədə xəbərlər yayılıb.

Missiya.Az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Politik.am” saytı çıxış edib.

Saytın hökumət mənbələrindən əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin düzələcəyi təqdirdə, qondarma “soyqırımı” iddiasından əl çəkməyə hazırdır. Hökumətdəki mənbə, Türkiyə hakimiyyətinin “soyqırımı” ilə bağlı arxivləri açmağa hazır olduğunu deyib.

Sitat: “İrəvan Ankara ilə gizli danışıqları davam etdirir. Ermənistan hakimiyyəti “soyqırımı” iddialarından imtina etməyə hazırdır. Türkiyənin məqsədi, Ermənistanda uzun illər “soyqırımı” ilə bağlı formalaşmış fikiri darmadağın etməkdir”, - sitatın sonu.

Məlumata görə, Türkiyə İrəvanın qondarma “soyqırımı” iddiasından imtinasının qarışılığında Ermənistana sərmayə qoyacaq və sərhədləri açacaq.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Komitəsinin sədri Armen Qriqoryanın jurnalistin “Türkiyəni düşmən ölkə hesab edirsinizmi?” sualından yayınması, erməni cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Qriqoryan suala cavabında demişdi ki, bölgəni blokadadan çıxarmaq istəyiriksə, yanaşmalarımızda bəzi dəyişikliklər etməliyik. Qriqoryanın bu açıqlaması, erməni cəmiyyətində Türkiyə ilə münasibətlərin yaxşılaşacağı barədə ciddi müzakirələrin başlamasına rəvac verib.

Elvin
Missiya.Az


  • 29-03-2021, 18:16