Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə olduğunu sübut edən video paylaşıb.Missiya.Az xəbər verir ki, Zelenskinin Prezident Aparatının qarşısındakı meydandan paylaşdığı videoda onunla birlikdə Prezident Aparatının əməkdaşları, baş nazir, “Xalqın qulluqçusu” fraksiyasının sədri də var.
“Fraksiya lideri buradadır, Prezident Aparatının rəhbəri buradadır, Baş nazir Şmiqal buradadır, Podolyak buradadır, prezident buradadır. Hamımız buradayıq. Hərbçilərimiz buradadır. Vətəndaşlar, ictimaiyyət buradadır. Biz hamımız buradayıq. Biz müstəqilliyimizi, dövlətimizi müdafiə edirik. Bundan sonra da belə olacaq”,- deyə Zelenski bildirib.