AZ   |   RU
Azərbaycanda daha 1 755 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 755 yeni yoluxma faktı qeydə alınıb, 4 517 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 781 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. 18 167 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 291, bu günə qədər isə ümumilikdə 6 522 155 test icra olunub.


  • 24-02-2022, 16:59