AZ   |   RU
Misir Prezidenti Azərbaycana səfər edəcək

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edəcək.

Missiya.Az
xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.

Səfir əlavə edib ki, Əbdülfəttah əs-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlamayıb.


  • 23-02-2022, 11:54