Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş başlayıb.Putin görüşdə Qarabağla bağlı danışarkən bunları söyləyib:
“Mübahisələr və üzərində işləmək lazım gələn məsələlər var. Lakin prosesin sülh yolu ilə getməsi üçün əlimizdən gələni edəcəyik. Ticari-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının inkişafı ilə bağlı artıq müəyyən razılaşmalar var”.
Putin daha sonra əlavə edib: “Düşünürəm ki, hələ də yaranan problemlərə baxmayaraq, hazırda olduğumuz səviyyəyə çatmağımız bizi qane edir”.