AZ   |   RU
Medvedev Avropanı qazın qiyməti ilə hədələdi

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Şimal axını 2”nin sertifikatlaşdırılmasının dayandırılmasından sonra Avropanın min kubmetr qaz üçün 2000 avro ödəməli olacağını bildirib. 

Missiya.Az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb: 

“Almaniya kansleri Olaf Şolts “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırmağı tapşırıb. Yaxşı. Avropalıların tezliklə qazın min kubmetri üçün 2000 avro ödəyəcəkləri yeni dünyaya xoş gəlmisiniz!”. 

Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını (DXR və LXR) tanımasından sonra Almaniya hökumətinin “Şimal axını 2” layihəsinin sertifikatlaşdırılmasını dayandırdığını bildirib.

Onun sözlərinə görə, bu, texniki, lakin zəruri inzibati-hüquqi addımdır ki, boru kəmərinin sertifikatlaşdırılması indi baş tuta bilməz. Eyni zamanda o, əlavə edib ki, bu sertifikatlaşdırma olmadan “Şimal axını 2” işə salına bilməz.


  • 22-02-2022, 18:32