Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində yerləşən qondarma Luqansk, Donetsk respublikalarını tanıması fərmanından sonra yeni razılaşma əldə edib. Əldə olunan razılaşmaya əsasən, Rusiya qoşunları sülhməramlılar kimi hər iki bölgəyə yerləşdiriləcək.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Rusiya ilə qondarma Luqansk, Donetsk respublikaları arasında “dostluq” və “əməkdaşlıq” müqavilələri imzalanıb. Bundan əlavə razılaşmanın 5-ci maddasinə əsasən hər iki tərəfdə hərbi infrastruktur, bazalar qurmaq, istifadə etmək və təkmilləşdirmək hüququ verilir. Digər maddəyə əsasən müqavilə bağlayan ölkələr arasında sərbəst hərəkət və qondarma respublikaların digər ölkə ərazilərinə giriş və çıxış rejiminin təhlükəsizliyi təmin edilir .
13-cü maddəyə əsasən isə qondarma respublikaların ərazisinə hər hansı kənar müdaxilə olarsa, Rusiya hərbi, fərdi və kollektiv şəkildə yardım göstərməlidir.
Qeyd edək ki, 2008-ci ildə Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgəsinə etdiyi hərbi müdaxilədən sonra da belə bir mətnlə bölgədəki iştirakını “rəsmiləşdirmişdi”.Sevinc HüseynovaMissiya.Az