Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.Missiya.Az xəbər verir ki, Rusiya lideri müraciətinin mövzusunun Ukrayna ilə bağlı olduğunu söyləyib:
“Hörmətli Rusiya vətəndaşları, əziz dostlar, çıxışımın mövzusu Ukraynada baş verən hadisələr və bunun bizim üçün, Rusiya üçün niyə bu qədər vacib olmasıdır. Təbii ki, mənim müraciətim Ukraynadakı həmvətənlərimizə də ünvanlanıb. Biz ətraflı danışmalı olacağıq, məsələ çox ciddidir”.
Onun fikrincə, Donbassda vəziyyət kritik, kəskin xarakter alıb:
"Bir daha vurğulayıram ki, Ukrayna bizim üçün sadəcə qonşu ölkə deyil. Bu, bizim öz tariximizin, mədəniyyətimizin, mənəvi məkanımızın ayrılmaz hissəsidir. Bunlar bizim yoldaşlarımız, qohumlarımızdır, o cümlədən təkcə həmkarlarımız, dostlarımız, keçmiş həmkarlarımız deyil, həm də qohumlarımızdır, bizimlə qan, qohumluq əlaqələri ilə bağlı insanlardır”.