AZ   |   RU
Tokayev prezidentlik müddəti ilə bağlı açıqlama verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev prezidentlik müddəti ilə bağlı bəyanat verib.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, Tokayev prezidentin iki müddətə vəzifə tuta biləcəyini qeyd edərək, bu tələbin pozulmamalı olduğunu vurğulayıb.

“Mart ayında xalqa müraciətim zaman bu məsələ ilə bağlı təkliflər verəcəyəm”, - Tokayev əlavə edib.

Qazaxıstan lideri bir müddət əvvəl respublikanın prezidenti olaraq nə qədər qalacağını bilmədiyini, lakin mütləq iki müddətdən artıq olmayacağını demişdi.

Tokayev 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan prezidenti vəzifəsini icra edir.


  • 17-02-2022, 19:57