AZ   |   RU
Britaniyalı nazir: "Rusiya sərhəddəki gərginliyi aylarla uzada bilər"

Böyük Britaniya xarici işlər naziri Elizabet Trass Ukraynanı Rusiyanın hərbi qüvvələrini sərhəddən geri çəkməsilə bağlı bəyanatına arxayınlaşmamağa çağırıb.

Missiya.Az “The Telegraph”a istinadən xəbər verir ki, nazir yazısında Rusiyanın Ukrayna sərhədindəki gərginliyi aylarla uzatmaqla Qərbin səbrini yoxlamaq taktikasına əl ata biləcəyi fikrini irəli sürüb.

“Rusiyanın bəzi hərbi birləşmələrinin daimi yerlərinə qaytarılmasına dair iddiasına arxayınlaşmamalıyıq” – deyə qeyd edən nazir Rusiya ordusunun Ukrayna sərhədlərindən geri çəkilməsinə dair dəlil olmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden fevralın 15-də Rusiyanın Ukrayna sərhədinə 150 mindən artıq hərbçi topladığını açıqlayıb.

"Report"


  • 17-02-2022, 17:28