AZ   |   RU
BMT nümayəndələri Qarabağa səfər edəcək, qiymətləndirmə missiyası həyata keçiriləcək

BMT Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək və orada qiymətləndirmə missiyası həyata keçiriləcək.

Missiya.Az xəbər verir ki, bu barədə Vladanka Andreevanın Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bildirilib.

Spiker Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına önəm verdiyini bildirib: "Bu il ölkəmizin BMT-yə üzv olmasının 30 illiyi tamam olacaq: "Azərbaycan həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həm də BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal narahatlıq doğuran məsələlər üzrə görülən işlərə öz töhfəsini verir. 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təklif əsasında dövlət və hökumət başçıları səviyyəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üzrə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağırıldığını xatırladan spiker bu tədbirin əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının sədri qismində cənab İlham Əliyevin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində və 16 dekabr 2021-ci il tarixində Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə malikdir.



  • 17-02-2022, 17:13