AZ   |   RU
Nazir rəis müavinini işdən çıxardı
Samux Rayon Polis şöbəsinin rəis müavini Fikrət Musayev vəzifəsindən azad edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Musayev sərəncama götürülüb. Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, ötən gün nazirin əmri ilə polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux Rayon Polis Şöbəsinə rəis təyin edilib.

“Qafqazino"

  • 16-02-2022, 22:44