AZ   |   RU
Azərbaycanda son sutkada 4 687 nəfər COVID-19-a yoluxub, 28 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4687 yeni yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 752 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 565 nəfər müalicə olunaraq sağalıb, 9 105 nəfər vəfat edib, aktiv xəstə sayı 46 935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 682, ötən müddət ərzində isə ümumilikdə 6 414 158 test aparılıb.

  • 15-02-2022, 18:49