AZ   |   RU
Eldar Əmirov Ramiz Mehdiyevin qohumudur? - AMEA-dan açıqlama

“AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur”.

Missiya.Az xəbər verir ki, bu barədə AMEA-dan bildirilir. Qeyd olunur ki, Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir.

“Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb: “Hazırda müvafiq araşdırmalar aparılır”.

E. Əmirov R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.


  • 15-02-2022, 17:04