ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyası bu ölkədə öz mandatını dayandırmadan yerinə yetirməyə davam edəcək.
Missiya.Az xəbər verir ki, bunu ATƏT-in baş katibi Helqa Şmid deyib.
"Mən ATƏT-in Xüsusi Monitorinq Missiyası və ATƏT-in Ukraynadakı Layihə Əlaqələndirici Ofisinin müstəsna işinə görə çox minnətdaram.
Onlar öz mandatlarını fasiləsiz yerinə yetirməyə davam edəcəklər", - Şmid tviter səhifəsində vurğulayıb.
Bundan əvvəl bəzi KİV-lər xəbər veriblər bir sıra ölkələr ATƏT müşahidəçilərini yenidən yerləşdirmək qərarına gəliblər.