AZ   |   RU
DTX əməliyyat keçirdi- 4 yüksək çinli zabit QANDALLANDI ( YENİLƏNİB)
Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib.

Missiya.Az xəbər verir ki, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.

O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Həbslər başqa yüksək rütbəli zabitləri də əhatə edib. 

DTX-nın Müdafiə Nazirliyində keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan polkovnikdən savayı daha 3 yüksək rütbəli hərbçisi, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu ümumilikdə 10 milyon manatlıq mənimsəmədə ittiham olunaraq hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onları 10 ildən 14 ilə qədər cəza gözləyir.

  • 13-02-2022, 18:33