AZ   |   RU
NATO Moskvanın tələblərini yerinə yetirmir - Alyans bu ölkədə qoşun yerləşdirəcək
 
NATO Rumıniyada şəxsi heyyətini yerləşdirməyi nəzərdən keçirir. 

Missiya.Az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stotlenberq Brüsseldə Böyük Britaniyanın baş naziri Boris Consonla keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib. 

"Biz indi alyansın cənub-şərqində uzunmüddətli iştirak imkanlarını nəzərdən keçiririk. Hazırda Baltikyanı ölkələr və Polşada döyüş qruplarımız var. Biz Rumıniyada Qara dəniz regionunda oxşar qrupların yerləşdirilməsi imkanlarını öyrənirik”.

Stoltenberq əlavə edib ki, bu gün Ukrayna ordusu 2014-ci illə müqayisədə xeyli yaxşı vəziyyətdədir:  "Ukrayna ordusu bu illər daha yaxşı təchiz olunub, daha yaxşı təlim keçib və yaxşı idarə olunub”. 

Stoltenberq bildirib ki, Böyük Britaniya və alyansın digər üzvləri Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini dəstəkləyir: “İstəyirik ki, Ukrayna xalqı özünü müdafiə edə bilsin. Bu hər bir xalqın haqqıdır”. 

Qeyd edək ki, son aylar Qərb Moskvanı Ukraynanı işğal etməyə hazırlaşmaqda ittiham edir. Rusiya isə NATO-nun sərhədlərinə doğru yaxınlaşmasından narahatlıq ifadə edir.

İnam Həsənov
Missiya.Az


  • 10-02-2022, 17:37