Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada
17 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə
250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan
234 382 nəfər müalicə olunaraq sağalıb,
3 421 nəfər vəfat edib, aktiv xəstə sayı
13 118 nəfərdir. Son sutkada
8 760, hazırkı dövrədək isə
2 807 861 test aparılıb.