“Ermənistana qaytarılan bütün əsirlər dindirilir”.Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.
Qeyd edilib ki, bu gün Azərbaycanın Ermənistana təhvil verdiyi 8 erməni hərbçi İstintaq Komitəsində dindirilir.
Virtualaz.org xəbər verir ki, bu faktdan xəbər tutan hərbçilərin yaxınları səs-küy yaradıb, istintaq idarəsinin şüşələrini sındırmağa cəhd ediblər.
Xatırladaq ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, bu gün 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb.
Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Qafqazinfo”