AZ   |   RU
Ərdoğanla xanımının səhhəti bu gün necədir?
Koronavirusun “Omicron” ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhəti yaxşıdır.

Bu barədə Əminə Ərdoğan Tvitterdə paylaşım edib.

Xanım Ərdoğan bildirib ki, vəziyyətləri yaxşıya doğru gedir.


"COVİD-19 testimiz müsbət çıxdıqdan sonra Tayyib bəylə evdə dincəlməyə davam edirik, uzaqdan işimizi davam etdiririk. Şükürlər olsun ki, Rəbbimin köməyi ilə yəziyyətimiz yaxşı müşahidə olunur. Varlığınızı bilmək bizə güc verir”, - Ə.Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti və xanımı koronavirusa iki gün əvvəl yoluxub.

Qafqazinfo

  • 7-02-2022, 21:36