AZ   |   RU
Naxçıvana daxili işlər naziri təyin olundu
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib.

Missiya.Az xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən, Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, Zahid Əjdər oğlu Gözəlov isə daxili işlər nazirinin müavini təyin ediliblər.

Qeyd edək ki, Vasif Talıbov ötən ilin noyabr ayında Naxçıvanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovu vəzifəsindən azad edərək təqaüdə göndərmişdi.

Xatırladaq ki, F.Ələkbərov Vasif Talıbovun qudasıdır. O, Naxçıvanın DİN rəhbəri vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.

  • 7-02-2022, 19:33