Bazar 29 Dekabr 2024 / 8:24:55
                    AZ   |   RU
MEDİA Agentliyi jurnalistlərin müdafiəsinə qalxdı - BƏYANAT

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı
 
Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın  fəaliyyətini daim yüksək qiymətləndirmiş, onun inkişafına hərtərəfli dəstək göstərmişdir.
Ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir. 

Plüralizm, söz azadlığı,  hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır.

  • 6-02-2022, 22:54