Türk Ağsaqqallar Birliyinin Təşkilat Komitəsinin üzvü, Dünya Avşarlar Birliyinin Azərbaycan təmsilçisi, şair-publisist Şöhlət Avşar Türkiyənin Adana şəhər xəstəxanasında ürək tutmasından dünyasını dəyişib.
Missiya.Az xəbər verir ki, bu barədə təşkilatın Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Şərafət Şəfa məlumat yayıb.
Qeyd edək ki, Şöhlət Avşar akademik Yaqub Mahmudovla birgə Dünya Avşarlar Birliyinin quruluşunun 6 illiyi münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün 29 yanvarda Türkiyəyə yola düşmüşdülər.
TAİB-in təsisçisi Ramin Əhmədov, Təşkilat Komitəsinin sədri akademik Südeyif İmamverdiyev və bütün üzvləri Şöhlət Avşarın vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!