AZ   |   RU
Türkiyəli deputatın üzr istəməsi tələb OLUNDU

"Türkiyə-Azərbaycan münasibətləri hər cür ölkədaxili siyasi rəqabətin və partiyalararası münasibətlərin fövqündədir".
 
Missiya.Az
xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 
O qeyd edib ki, bu münasibətləri təyin edən hər iki ölkənin xalqlarının milli iradəsidir.
 
"Belə olan halda Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salamaq niyyətləri əslində milli iradənin əleyhinə yönələn mövqe hesab edilməlidir. Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasındakı enerji sahəsində əlaqələri qarışıq və qaranlıq əlaqələr kimi təqdim etməsi əsla yolverilməzdir və hər iki dövlətin milli maraqlarına ziddir. Hazırki tarixi mərhələdə isə hər iki qardaş ölkənin prezidentlərinin səyi nəticəsində bu münasibətlər öz inkişafının zirvəsinə çatıb və Şuşa bəyannaməsi ilə taclandırılıb. Bu mühüm srateji sənəd iki qardaş ölkənin təhlükəsizliyinin birlikdə təmin edilməsi üçün fövqəladə əhəmiyyət daşıyır. Məhz belə bir tarixi sənədin hər iki qardaş ölkənin parlamentlərində müzakirəsi və təsdiq edilməsi günlərində bu cür əssasız ittihamların səsləndirilməsi də ayrıca bir narahatlıq yaradır və verilən açıqlamanın təsadüfi olmadığı təssüratını yaradır. Belə olan halda ictimai rəy verilən yersiz və əsassız açıqlamanın hansı məqsədə və kimə xidmət etdiyi sualını aktuallaşdırır", - deyə deputat qeyd edib.
 
Hikmət Babaoğlu bildirib ki, Şuşa bəyənnaməsi regionda sülhü dayanıqlı və davamı etməyə, rifaha və regional iqtisadi inteqrasiyanın təhlükəsizliyinin qorunmasına xidmət edir .Bunu istəməyənlər isə terroristlər və işğalçılıq siyasətindın əl çəkmək istəməyənlərdir.
 
"Belə olan halda Aykut Ərdoğdu öz açıqlamasını geri götürməli Türkiyə və Azərbaycan ictimaiyyətindən üzr istəməlidir", - deyə Milli Məclisin deputatı vurğulayıb.

  • 3-02-2022, 22:30