Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetindəki dəyişiklik barədə danışıb.Missiya.Az TRT-yə istinadən xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.
Ərdoğan qeyd edib ki, dəyişən şərtlərə və ehtiyaclara uyğun olaraq kabinetə yenidən baxmaq təbiidir:
“Kabinetdəki vəzifələrin dəyişdirilməsi də estafet yarışıdır. Bundan sonra lazım olduqda dəyişikliklər edə bilərik. Türkiyə son illərin ən məhsuldar, eyni zamanda, ən çətin qışını yaşayır”.
Qeyd edək ki, iki gün öncə Türkiyənin ədliyyə naziri Abdulhamit Gül istefa verib. Gülün yerinə Bəkir Bozdağ ədliyyə naziri təyin olunub.