AZ   |   RU
Tokayev Nazarbayevlə bağlı danışdı

“İğtişaşlar dövründə birinci dövlət başçısı Nursultan Nazarbayevlə heç bir sövdələşmə olmayıb, yalnız Təhlükəsizlik Şurası sədrinin statusu məsələsi həll edilib”.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Xəbər-24” telekanalına müsahibəsində bildirib.

“Heç bir sövdələşmə olmayıb. Eləcə də şəxsi imtiyazlar barədə söhbət olmayıb. Təkcə o söhbət olub ki, Təhlükəsizlik Şurası sədrinin statusunu təcili həll etmək lazımdır. Gizlətməyəcəyəm, mən məsələni belə qoydum ki, millətə dərhal müraciət edərək bu andan etibarən Təhlükəsizlik şurası sədrinin özüm olduğumu bildirəcəyəm”, - Tokayev qeyd edib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, bu məsələ bir göz qırpımında həll olundu:

“Yanvarın 28-də “Nur Otan” partiyasının qurultayı keçirildi, mən orada çıxış etdim və Nursultan Abişeviç Nazarbayevin tarixi roluna qiymət verdim. Hesab edirəm, bu qiymət obyektivdir, ümidvaram ki, məhz bu qiymət əsasında insanlar gələcəyə istiqamətlənəcək”.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.

  • 29-01-2022, 21:21