Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər sağalaraq evə buraxılıb.
Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7
nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
243 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
231 894 nəfər müalicə olunaraq sağalıb,
3 314 nəfər vəfat edib, aktiv xəstə sayı
8216-dır.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
10 188, bu günə qədər isə ümumilikdə
2 746 681 test icra olunub.