AZ   |   RU
Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Missiya.Az xəbər verir ki, İdarədən bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, ümumtəhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".

Xatırladaq ki, direktor Z.Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.

"Report"

  • 6-01-2022, 15:46