“Almatıdakı iğtişaşların iştirakçıları hərbçiləri döyüb və ələ salıblar”.Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu xalqa ikinci müraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Etirazçılar izdihamı hərbçiləri döyür, məsxərəyə qoyur, onları küçədə lüt gəzdirib, qadınları təhqir edir, mağazaları qarət edirlər. Vəziyyət Almatı şəhərinin bütün sakinlərinin təhlükəsizliyini təhdid edir”, - deyə Tokayev qeyd edib.
Onun sözlərinə görə, polislər arasında ölənlər və yaralananlar var. Eyni zamanda, Tokayev hərbçilərə və hüquq-mühafizə orqanlarına təşəkkür edib.
“Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - prezident deyib.
O, hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb.