AZ   |   RU
Abdullahian: “Azərbaycan, İran, Rusiya və Türkiyə arasında yeni platforma yaranacaq”
“Bu gün Prezident İlham Əliyevlə uğurlu görüşümüz oldu. İki ölkə arasında çox önəmli və əhəmiyyətli razılaşmalar əldə edildi. Əminəm ki, bu razılaşmalar iki ölkə arsında əlaqələri daha da möhkəmləndirəcək. Bu görüşlərdə bir sıra ideyalar açıqlandı. Ümid edirəm ki, bu ideyalar yaxın zamanda öz nəticələrini verəcək”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

“Bir daha yaranan fürsətdən istifadə edərək, Azərbaycanı ərazilərini işğaldan azad etməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. İran Azərbaycanı ən gözəl və ən yaxşı qonşu, dostlarından hesab edir. Cənab Prezident Rəisinin prioritetlərindən biri qonşularla münasibətləri inkişaf etdirməkdir. Burada Azərbaycanın xüsusi yeri var.

İqtisadi əməkdaşlıq təşkilatı sammiti çərçivəsində iki dövlət başçısı yaxından görüş keçirib. Bu, çox uğurlu görüş idi. Ölkələrimiz bir-birinə verdikləri dəstəyi bir daha göstərdilər. Azərbaycan, İran, Rusiya və Türkiyə arasında yeni platforma yaranacaq. Bu ölkələrin xarici siyasətləri yaxın olduğundan bir sıra ideyaları birlikdə həyata keçirəcəyik”, - deyə Abdullahian deyib.

“Qafqazinfo”

  • 22-12-2021, 21:43