AZ   |   RU
İran azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrdə iştirak edəcək
“İranın dövlət və özəl şirkətləri azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrdə yaxından iştirakına dair marağını ifadə edib”. 

Missiya.Az
xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Onlar tərəfindən müraciətlər daxil olub. Hazırda həmin təkliflərin dəyərləndirilməsi həyata keçirilir. Hesab edirəm ki, onlardan birinin yaxın həftələrdə icrasına başlanılması planlaşdırılır”, - nazir vurğulayıb.

  • 22-12-2021, 21:32