"Qara dənizdə sakitliyin hakim olmasına cəhd göstəririk”.
Missiya.Az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri
Hulusi Akar birlik komandanları ilə keçirdiyi telekonfransda bildirib.
“Ümid edirik ki, Rusiya ilə Ukrayna, NATO ilə Rusiya arasındakı gərginliklər ən qısa zamanda sülh yolu ilə həll olunacaq, sakitlik, sülh və sabitlik hökm sürsəcək. Bu istiqamətdə indiyə qədər hər cür töhfələri verdiyimiz kimi, gələcəkdə də bunu davam etdirəcəyik”, - Türkiyənin müdafiə naziri vurğulayıb.