Türkiyə və Ermənistanın münasibətləri normallaşdırmaq üçün bir-birinə təyin etdiyi xüsusi nümayəndələr erməni mediasının əsas müzakirə mövzusuna çevrilib. Missiya.Az xəbər verir ki, erməni politoloq Robert Hayrapetyan Türkiyənin Ermənistana təyin etdiyi xüsusi nümayəndə Serdar Kılıçın əvvəllər Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik etdiyini yazıb.
O bildirib ki, Serdar Kılıç ABŞ-da ermənilərin təşkil etdiyi yürüşü dağıdan şəxslərdən biridir. Robert Hayrapetyan qeyd edib ki, Serdar Kılıç bir neçə il əvvəl ABŞ-da ermənilərin keçirdiyi yürüşün dağıdılmasında xüsusi səy göstərib və daha sonra 10 min nəfərlik mitinq təşkil edib. Erməni politoloq Ermənistanın Türkiyəyə təyin etdiyi xüsusi nümayəndə ilə bağlı fikirlərini də bölüşüb. Hayrapetyan, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdiyi günlərdə Ruben Rubinyanın Türkiyədə olduğunu yazıb.
Digər erməni Ağasi Yenokyan isə Ruben Rubinyanın Türkiyə ilə yaxşı əlaqələrinin olduğunu qeyd edib.
Sitat:
“Əgər Nikol Rubeni türklərlə danışıqlara gördərəcəksə, deməli hər şey əvvəlcədən danışılıb. Sadəcə sənədlərə imza atılmalıdır”, - sitatın sonu.
Ermənistanın “Yerkir.am” nəşri Türkiyəyə xüsusi nümayəndə təyin edilmiş Ruben Rubinyanın 2017-2018-ci illərdə Türkiyənin Sabancı Universitetini bitirdiyini yazıb.
Qeyd edək ki, Türkiyə və Ermənistan münasibətlərini normallaşdırmaq, diplomatik əlaqələri qurmaq üçün qarşılıqlı olaraq nümayəndələr təyin ediblər.
Elvin
Missiya.Az