AZ   |   RU
Trampın Putini qarşılama anı - VİDEO

ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında qarşılayıb. 


Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, liderlərin təkbətək görüşü uzun müddətdir gözlənilsə də, son anda Ağ Evdən verilən məlumata görə, iclasın formatı dəyişdirilib.


Belə ki, liderlər təkbətək yox, “3+3” formatında görüş keçirəcəklər.


Görüşün əsas mövzusunun Ukrayna məsələsi, o cümlədən Rusiya-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri olacaq.



  • Dünən, 23:45