AZ   |   RU
Azərbaycan neftinin ucuzlaşmasına birja təsirləri və digər göstəricilər


"Azərbaycan neftinin qiyməti daha çox brend markalı neftin qiymətinə bağlıdır". 


Missiya.Az xəbər verir ki, bu fikri son günlərdə Azərbaycan neftinin kəskin qiymət azalması ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. 


Onun sözlərinə görə, Azərbaycan neftinin qiyməti ayrıca müəyyənləşdirilmir. Bu qiymət göstəriciləri birjalarda tənzimlənir və daha çox brend markalı neftdən asılıdır.

 

"Brend markalı neftin qiymətində ucuzlaşma göstərir və bunun çoxsaylı səbəbləri var. Bu səbəblər sırasında OPEK+ ölkələrinin hasilatı artırmaqla bağlı qərarından danışa bilərik". 


Ekspert bildirib ki, sentyabr ayından hasilatın yarım milyon barel artacağı gözlənilir.


"Bundan başqa Enerji Məsələlərini Tənzimləmə Agentliyi və OPEK-in hesabatlarından görünən odur ki, dünyada neftə olan tələbat gözləntilərdən aşağı qalacaq. Gələn il üçün isə ümumiyyətlə tələbatın azalacağı gözlənilir. Ümumilikdə, tələb azalır və istehsal artırsa, bu da qiymətlərin düşməsinə səbəb olur".



İlahə Qənbərli
Missiya.Az




  • Bu gün, 12:47