AZ   |   RU
"Mən olmasaydım, Putin bütün Ukraynanı ələ keçirərdi" - Tramp

"Mən prezident olmasaydım, Rusiya Prezidenti Vladimir Putin bütün Ukrayna ərazisini ələ keçirərdi". 


Missiya.Az "SkyNews"-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.


"Düşünürəm ki, mən prezident olmasaydım, o, bütün Ukraynanı ələ keçirməyi üstün tutardı, amma mən prezidentəm və o, mənə qarışmaq fikrində deyil", - Tramp deyib. 


ABŞ lideri əlavə edib ki, onunla Rusiya lideri arasında görüş uğursuz olarsa, "çox tez bitəcək". Əgər yaxşı getsə, yaxın gələcəkdə sülhə qovuşacağıq.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 09:59