AZ   |   RU
Ermənistanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat: İran vətəndaşı saxlanıldı

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi zəncirini aşkar edərək, 1,5 kq-dan çox narkotik vasitəni müsadirə ediblər. 


Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. 


Bildirilib ki, bir neçə gün əvvəl gömrükçülər İrandan gələn yük avtomobilinə baxış keçirərkən içərisində 282 qram metamfetamin olan polietilen torba və içərisində 33 qram həşiş yağı olan metal qab aşkar ediblər. Yük maşınının sürücüsü, İran vətəndaşı M.N. saxlanılaraq İstintaq Komitəsinin Sünik rayonu üzrə şöbəsinə aparılıb və barəsində cinayət işi açılıb.


Müəyyən olunub ki, saxlanılan İran vətəndaşı M.N. yük maşınını metamfetamin üçün gizlənmə yerləri ilə təchiz edib. Avtomobilə baxış zamanı oradan 650 qram narkotik vasitə aşkar edilib. Sonradan məlum olub ki, o, narkotik maddələri İrəvanın qəbiristanlıqlarından birinə yerləşdirməli imiş olub.


Əməliyyatçılar, sürücünü həmçinin onunla əlbir olan narkotik alverçilərini - Ermənistan vətəndaşları olan ər-arvadı da saxlayıblar. Onlar həbs olunarkən "Telegram" kanalı vasitəsilə narkotik satdıqlarını etiraf ediblər. 



Nurlana Əhmədova
Missiya.Az



  • Dünən, 11:53