AZ   |   RU
Kəlbəcərdə 39 yaşlı kişi minaya düşüb



Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.




  • Dünən, 23:26