AZ   |   RU
“Qarabağ” bu gün səfərdə “Şkendiya”ya qarşı mübarizə aparacaq

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. 


Missiya.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.


Bildirilib ki, matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 


Məlumata görə, tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 


Qeyd edək ki, “Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:27