AZ   |   RU
Türkiyədə ağır qəza - 3 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyənin Sivas bölgəsinin Suşehri rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun uçurumdan aşması nəticəsində 3 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 18 nəfər yaralanıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 


Bildirilib ki, qəzanın ardından hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. 


Yaralılar Sivasdakı xəstəxanalara çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.


Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 10:22