AZ   |   RU
Azərbaycanla Ermənistan arasında dəmir yollarının bərpasına nə qədər vəsait lazımdır? - Rəqəmlər açıqlandı

Ermənistanın Azərbaycanla dəmir yolu xətlərinin bərpası üçün tələb olunan vəsaitin məbləği açıqlanıb. 

Missiya.Az
xəbər verir ki, Ermənistanın Azərbaycanla dəmir yollarının bərpası üçün 1.2 milyard dollar vəsait lazımdır. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan danışıb. O bildirib ki, Horadizə çəkiləcək dəmir yolu böyük maliyyə tələb edir. 

Sitat: “Bu layihənin tikintisi 1 milyard dollardan artıq vəsaitə başa gələ bilər. Dəmir yolunun Mehri şəhərindən keçən hissəsinin də bərpası üçün böyük investisiya lazımdır. Təmirlə yanaşı yeni dəmir yolunun tikintisi də həyata keçirilə bilər. Bu layihənin həyata keçirilməsi üçün 200 milyon dollar pul lazımdır”, - sitatın sonu.  


Nazir bildirib ki, Arazdəyəndən (Yerasx) İrana qədər olan hissənin tikintisinə çox az pul xərclənəcək. Yerasxdan keçən dəmir yolunun bir neçə yüz metrlik hissəsi təmir olunmalıdır. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da hökumətin iclasında Belçikanın paytaxtı Brüsseldə keçirilən danışıqlar zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Yerasx – Culfa – Ordubad – Meğri – Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiq etdiklərini deyib. 



Elvin
Missiya.Az


  • 16-12-2021, 17:08