AZ   |   RU
Ceyhun Bayramov İƏT xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Dekabrın 19-da İslamabadda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) xarici işlər nazirlərinin növbədənkənar görüşü keçiriləcək.

Missiya.Az xəbər verir ki, bu barədə danışan Pakistanın Azərbaycandakı səfiri Bilal Haee qeyd edib ki, tədbirdə Əfqanıstandakı humanitar böhranla bağlı məsələlər müzakirə olunacaq.

Görüşdə xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək.


  • 16-12-2021, 16:40