AZ   |   RU
İstanbulda "Avropa üçlüyü" ölkələri ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi keçirilir

"Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi bu gün İstanbulda başlayıb. 


Missiya.Az "Haber Global"a istinadən xəbər verir ki, Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüş hazırda İranın İstanbuldakı Baş Konsulluğunda keçirilir. 


İclasda Böyük Britaniya, Fransa, Almaniya, eləcə də İran xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri iştirak edir. Kritik görüşün nüvə sazişi və sanksiyalar da daxil olmaqla geniş mövzuları əhatə edəcəyi gözlənilir. 


Zərintac Mayisqızı 
Missiya.Az 


  • Dünən, 11:26