AZ   |   RU
Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edib

 

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qusar şəhərində vətəndaşları qəbul edib.

Missiya.Az "Report"-a  istinadən xəbər verir ki, qəbulda II “Yüksəliş” müsabiqəsinin qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynov da iştirak ediblər.

Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.



  • 5-06-2023, 17:54