AZ   |   RU
Emin Əmrullayev Vətən müharibəsində atəşə məruz qalan məktəbdə

Təhsil naziri Emin Əmrullayev “Son zəng”i izləmək üçün Goranboya səfərə gedib.

Missiya.Az
xəbər verir ki, bu barədə nazirin “Facebook” səhifəsində məlumat paylaşılıb:

“Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq. 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb. Neçə-neçə uğurlu vətəndaşlar yetişdirən məktəbdən bu gün 21 şagirdimiz məzun olur, “Son zəng”i Qələbə sevinci ilə yola salırlar”.


  • 14-06-2021, 11:55