AZ   |   RU
Ermənistandakı aksiyalarda 30-a yaxın insan saxlanılıb

İrəvanda keçirilən etiraz aksiyaları zamanı 29 nəfər polis tərəfindən saxlılıb. 


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


“17 nəfər İrəvandakı polis şöbələrinə, 12 vətəndaş Noyemberyan polis bölmələrinə aparılıb”, - deyə vurğulanıb.


Qeyd edək ki, bu gün səhər saatlarından Ermənistanın müxtəlif yerlərində 4 kəndin Azərbaycana qaytarılmasına görə aksiyalar keçirilir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 25-04-2024, 15:11