AZ   |   RU
Bu müğənni depressiyadan əziyyət çəkib

 

Amerikalı müğənni Billie Eilish ağır depressiya ilə uzunmüddətli mübarizəsindən danışıb. 

Missiya.Az "Lenta.ru"ya istinadən xəbər verir ki, sənətçi bu barədə "Rolling Stone" jurnalına müsahibə verib.

22 yaşlı müğənni etiraf edib ki, 2023-cü ilin yayında özünü heç vaxt xoşbəxt insan saymasa da, bu ili həmişəkindən daha pis hiss edib. 

“Həyatım boyu depressiyadan əziyyət çəkmişəm. Mənə bir şey olanda həmişə düşünürdüm: Bu, dalğalarla keçəcək və daha pis olacaq",-deyə o əlavə edib.

Qeyd edək ki, Billie Eilish 7 "Qremmi" mükafatının sahibidir.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 25-04-2024, 16:47