AZ   |   RU
Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilib


Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Zamin Həsənov Büroya rəis təyin olunub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


  • 1-02-2023, 16:23